Livandan endirilən raket zərbələri nəticəsində İsraildə 19 nəfər yaralanıb
sizinxeber.az xəbər saytı

Livandan endirilən raket zərbələri nəticəsində İsraildə 19 nəfər yaralanıb


Livan ərazisindən İsrailin Şaron bölgəsindəki yaşayış məntəqələrinə 3 raketin atılması nəticəsində 19 nəfər yaralanıb.

“Sizinxeber.az” bu barədə “Reuters”ə istinadən xəbər verir.

Bundan əlavə, İsrailin milli təcili yardım xidməti daha əvvəl Tira şəhərinin mərkəzində 11 nəfərin yaralandığını bildirmişdi. Xidmətin məlumatına görə, 3 nəfər orta dərəcəli, qalan 8 nəfər isə yüngül xəsarət alıb.

İsrail Müdafiə Qüvvələri teleqramda şənbə günü səhər saatlarında İsrailin mərkəzindəki bir neçə bölgədə həyəcan siqnalının işə düşdüyünü bildirib. Siqnallar Hertsliya, Raanana, Kfar Saba və Tirada səslənib.

İsrail ordusu Livan ərazisindən ölkəyə doğru 3 raket atıldığını, ikisinin havada məhv edildiyini, bir raketin isə İsrail ərazisinə düşdüyünü açıqlayıb.

Ardından “İraqdakı İslami Müqavimət” təşkilatı İsrailin şimalındakı həyati vacib hədəflərə pilotsuz uçuş aparatları ilə hücum etdiklərini açıqlayıb. Hələlik qrupun bu addımının zərərçəkənlərlə bağlı olub-olmadığı məlum deyil.

Oxşar xəbərlər

Livandan İsrail ərazisinə 180-dən çox raket və PUA atılıb
İsrail ordusu: Livandan ölkəyə raketlər və zərbə PUA-ları buraxılıb
Livan İsrail ərazisinə 15 raket atıb
İsrail ordusu: Livandan 5 raket atılıb
Livandan İsrailə 50 raket atılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle