BMT sülhməramlıları Livandakı UNIFIL-in qərargahına raket zərbəsi zamanı xəsarət alıblar
BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) qərargahına raket zərbəsi nəticəsində bir neçə sülhməramlı yaralanıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə təşkilatın yaydığı bəyanatda bildirilib.
“Bu gün günorta saatlarında Ən-Nakura şəhərindəki UNIFIL qərargahına raket zərbəsi endirilib. Bir neçə sülhməramlı yaralanıb”, – məlumatda qeyd olunub.
UNIFIL əlavə edib ki, zərbənin “Hizbullah” hərəkatı və ya onunla əlaqəli qruplaşmanın endirdiyi güman edilir.
Təşkilat bütün tərəfləri BMT-nin personal və obyektlərinin təhlükəsizliyini təmin etməyə çağırıb.
Xatırladaq ki, daha əvvəl BMT sülhməramlı qüvvələrinin nümayəndələri UNIFIL qərargahı ərazisinə və Livandakı bir sıra digər obyektlərə zərbələr nəticəsində dörd sülhməramlının xəsarət aldığını bildirmişdilər. Həmçinin oktyabrın 16-da İsrail Müdafiə Qüvvələrinin tankı Livanın cənub hissəsində Kfar-Kila şəhəri yaxınlığında BMT-nin Müvəqqəti Qüvvələrinin müşahidə qülləsini atəşə tutub.
Oxşar xəbərlər
İsrail Livanda BMT-nin qərargahına zərbə endirib, iki sülhməramlı yaralanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT: İsrail tankı Livandakı sülhməramlıların müşahidə qülləsinə zərbə endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT sülhməramlıları İsrailin tövsiyəsinə baxmayaraq, Livanı tərk etməyiblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT-nin İrlandiya sülhməramlıları Livanda qalıblar [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT: İsrail tankı Livandakı sülhməramlıların müşahidə qülləsini dağıdıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












