Pentaqon rəhbəri Kiyevin Kursk vilayətində fəaliyyət planından xəbərdar olub
sizinxeber.az xəbər saytı

Pentaqon rəhbəri Kiyevin Kursk vilayətində fəaliyyət planından xəbərdar olub


Kiyev Ukrayna hərbçilərinin Kursk vilayətində fəaliyyət planı barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostini şəxsən məlumatlandırıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Sabrina Sinqh jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

“Nazir Ukraynada olarkən onların Kursk vilayəti ilə bağlı planları ilə şəxsən tanış olmaq imkanı əldə edib”, - deyə o qeyd edib.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu avqustun 6-da başlayıb. Bölgədə fövqəladə vəziyyət rejimi qüvvədədir. Sərhəd rayonlarının sakinləri təhlükəsiz ərazilərə köçürülür.

Oxşar xəbərlər

Qubernator: Kursk vilayətinin 28 yaşayış məntəqəsi Ukrayna ordusunun nəzarətindədir
Gerasimov: Kursk vilayətinə hücumlar zamanı Ukrayna 300 nəfərdən çox itki verib
Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib
NATO Baş katibi Ukraynanın Kursk vilayətindəki əməliyyatını qanuni adlandırıb
Rusiya Ukrayna qoşunlarının Kursk vilayətində indiyə qədər verdiyi itkiləri açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle