De Niro və Di Kaprio Harrisin ABŞ prezidentliyinə namizədliyini dəstəkləyiblər
sizinxeber.az xəbər saytı

De Niro və Di Kaprio Harrisin ABŞ prezidentliyinə namizədliyini dəstəkləyiblər


Hollivud aktyorları Robert De Niro və Leonardo Di Kaprio ABŞ prezidenti vəzifəsinə Demokratlar Partiyasından namizəd Kamala Harrisi dəstəkləyiblər.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə CBS məlumat yayıb.

Məşhurlar Filadelfiyada keçirilən seçki kampaniyasında çıxışlarında seçicilərə müraciət ediblər.

Robert De Niro Respublikaçılar Partiyasının namizədi Donald Trampa nifrət etdiyini bildirib və vətəndaşları məsuliyyətlə səs verməyə çağırıb.

"Seçim göz qabağındadır və bu seçim vitse-prezident Kamala Harrisdir", - Leonardo Di Kaprio öz növbəsində deyib.

Kampaniya tədbirində Emmi mükafatı laureatı Kerri Vaşinqton, aktrisa Tessa Tompson və aktyor Brayan Tyr Henri də Harrisə dəstəklədiklərini bildiriblər.

Oxşar xəbərlər

Bill və Hillari Klinton Harrisi prezidentliyə namizəd kimi dəstəkləyiblər
Trampa qarşı çıxan Respublikaçılar Harrisin kampaniyası üçün vəsait toplayıblar
Bayden prezident seçkilərində Kamala Harrisin namizədliyini dəstəkləyib
NYT: Trampın komandası Harrisə qarşı kampaniya hazırlayır
Kamala Harrisin namizədliyini 220-dən çox konqresmen və 23 qubernator dəstəkləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər