Meksikada əsgərlər miqrantları atəşə tutub, 6 nəfər həlak olub
sizinxeber.az xəbər saytı

Meksikada əsgərlər miqrantları atəşə tutub, 6 nəfər həlak olub


Meksikada Qvatemala ilə sərhəddə yerləşən Çiyapas bölgəsində patrul xidməti aparan əsgərlərdən yolsuzluq avtomobilləri ilə qaçmağa çalışan 33 nəfərlik miqrant qrupuna hərbçilərin açdığı atəş nəticəsində 6 nəfər həlak olub.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Meksika Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Nazirlik bildirib ki, açılan atəşdən sonra dayandırılan nəqliyyat vasitəsində Kuba, Hindistan, Nepal, Pakistan və ərəb ölkələrindən olan 33 miqrant olub.

“4 nəfər həlak olub, 12 nəfər yaralanıb, 17 nəfər xəsarət almayıb. Hərbçilər yaralılara ilkin tibbi yardım göstərib, onları dərhal avtomobillə müvafiq tibb müəssisəsinə çatdırıblar. Təəssüf ki, daha iki nəfər xəstəxanada dünyasını dəyişib”, Meksika MN-nin açıqlamasında deyilir.

Atəş açan iki əsgər isə xidmətdən uzaqlaşdırılıb. Baş Prokurorluq onların məsuliyyət səviyyəsini müəyyən etmək və əməllərinin hərbi intizamın pozulması ilə bağlı olub-olmamasını müəyyən etmək üçün araşdırma aparacaq.

Oxşar xəbərlər

Meksikada yol qəzasında 19 nəfər ölüb
Cibuti sahillərində iki miqrant qayığı batıb, 45 nəfər ölüb
Ukraynada naməlum şəxsin açdığı atəş nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb
Bu ilin 6 ayında yanğınlarda 14 nəfər həlak olub, 46 nəfər xəsarət alıb
Mavritaniya sahillərində miqrant qayığının batması nəticəsində 15 nəfər ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər