İsrail ordusu Suriyada “Hizbullah”ın komandirlərindən birini məhv edib
İsrail hərbçiləri Suriyada Livan təşkilatı “Hizbullah”ın maliyyə məsələlərinə cavabdeh olan komandirlərindən birini məhv ediblər.
“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi Daniel Haqari brifinqdə bildirib.
Onun sözlərinə görə, məhvetmə “Hizbullah”ın maliyyələşdirilməsinə qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirilib. Onun təqdim etdiyi versiyaya görə, təşkilat maliyyələşməni birbaşa İrandan, həmçinin qruplaşmanın Yəmən, Livan, Suriya və Türkiyədə yaratdığı müəssisələrin gəliri hesabına alır.
İsrail hərbçilərinin məlumatına görə, bu maliyyə şəbəkəsinin idarə edilməsi ilə “Hizbullah”ın tərkibindəki 4 400 saylı bölmə məşğul olur. Oktyabrın əvvəlində Beyruta dəqiq zərbə nəticəsində məhv edilmiş Cəfər Qasir bu bölməyə rəhbərlik edirdi.
“Bu gün Suriyada daha bir dəqiq zərbə nəticəsində biz onun varisini məhv etdik. Biz “Hizbullah”a yenidən qruplaşmağa və silahlanmağa imkan verməyəcəyik”, – Haqari deyib.
Oxşar xəbərlər
İsrail hərbçiləri “Hizbullah”ın 440-a yaxın üzvünü məhv edib
İsrail ordusu “Hizbullah”ın qərargah rəisini öldürüb
İsrail ordusu “Hizbullah”ın silah anbarlarını məhv edib
İsrail ordusu "Hizbullah"ın 20 üzvünü zərərsizləşdirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
