Trampdan ermənipərəst konqresmenə ittiham: Adam Şiff ölkənin daxili düşmənidir
sizinxeber.az xəbər saytı

Trampdan ermənipərəst konqresmenə ittiham: Adam Şiff ölkənin daxili düşmənidir


Demokrat Adam Şiff ABŞ üçün daxili təhlükədir.

“Sizinxeber.az” xəbər verir ki, bunu respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ-ın iki düşməni var: xarici və daxili.

D.Tramp "düşmən"lərdən biri kimi ABŞ-nin ermənipərəst konqresmeni Adam Şiffin adını çəkib: "Mənim fikrimcə, daxili düşmən Çin, Rusiya və digər ölkələrdən daha təhlükəlidir. Əgər savadlı prezidentiniz varsa, o, xarici təhdidlərlə asanlıqla mübarizə apara bilər. Mən mübarizə apardım, hər kəs ilə yola getdim. Amma ən çətini Adam Şiff kimilərlə mübarizə aparmaqdır".

Bundan əlavə, D.Tramp noyabrda ölkədə keçiriləcək prezident seçkilərinə mane ola biləcək şəxslərə qarşı güc tətbiqi ehtimalını istisna etməyib.

Oxşar xəbərlər

Tramp: ABŞ üçün daxili təhdidlər xaricdən gələnlərə nisbətən daha təhlükəlidir
Vens Trampın xarici siyasətinin prioritetini açıqlayıb
Tramp Rusiya və Çini ABŞ-ın düşməni hesab etmədiyini bildirib
Tramp Harrisi onu təqib etməkdə ittiham edib
Tramp Harrisi onun siyasi ideyalarını oğurlamaqda ittiham edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər