Bayden gələn həftə Almaniyaya səfər etməyi planlaşdırır
ABŞ prezidenti Cozef Bayden gələn həftə Almaniyaya səfər etməyi planlaşdırır.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” jurnalı mənbələrə istinadən məlumat yayıb.
Bayden əvvəlcə “Milton” qasırğası səbəbindən Almaniyaya planlaşdırılan səfərini ləğv edib. Bundan sonra Almaniyadakı “Ramşteyn” aviabazasında Ukrayna üzrə təmas qrupunun görüşü də təxirə salınıb.
ABŞ prezidentinin ölkə seçkiləri ərəfəsində Berlinə yüksək səviyyəli “vida” səfərinin planlaşdırılması Almaniya hökuməti və təhlükəsizlik qurumları daxilində artıq pərdəarxasında aparılır.
“Spiegel”in məlumatına görə, Baydenin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və kansler Olaf Şoltsla rəsmi görüşləri cari təqvimlə oktyabrın 18-nə planlaşdırılıb.
Oxşar xəbərlər
Bayden yenidən Almaniyaya getmək qərarına gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden Almaniyaya səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Starmer Baydenin iştirak etməməsinə baxmayaraq, Ukrayna ilə bağlı danışıqlar üçün Almaniyaya gedəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden “Milton” qasırğasına görə xaricə rəsmi səfərlərini təxirə salıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden Kiyevə hərbi yardımı davam etdirmək niyyətində olduğunu bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













