Bayden Kiyevə hərbi yardımı davam etdirmək niyyətində olduğunu bildirib
sizinxeber.az xəbər saytı

Bayden Kiyevə hərbi yardımı davam etdirmək niyyətində olduğunu bildirib


ABŞ prezidenti Co Bayden Almaniya kansleri Olaf Şolts ilə cümə axşamı telefon danışığı zamanı Ukraynaya hərbi yardımı davam etdirmək niyyətində olduğunu qeyd edib.

Sizinxeber.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

“Beləliklə, ABŞ prezidenti ABŞ və Almaniya arasındakı münasibətlərin möhkəmliyini vurğulayıb. O, həmçinin geosiyasi prioritetlər, o cümlədən Ukraynanın müdafiəsinə dəstək üzrə sıx əməkdaşlığı davam etdirmək niyyətini qeyd edib”, - deyə bəyanatda bildirilir.

Almaniya hökuməti isə Şolts və Baydenin telefon danışığı zamanı ABŞ prezidentinin Almaniyaya səfərini təxirə salmaq qərarını müzakirə etdikləri açıqlayıb.

Qeyd edək ki, oktyabrın 8-də Bayden ABŞ-a yaxınlaşan Milton qasırğası səbəbilə 10-15 oktyabr tarixlərində Almaniya və Anqolaya planlaşdırılan səfərini təxirə salmaq qərarına gəlib.

Oxşar xəbərlər

Starmer Baydenin iştirak etməməsinə baxmayaraq, Ukrayna ilə bağlı danışıqlar üçün Almaniyaya gedəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden “Milton” qasırğasına görə xaricə rəsmi səfərlərini təxirə salıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniya kansleri Avropa İttifaqı ölkələrini Ukraynaya yardımı gücləndirməyə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden Almaniyaya səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şolts və Zelenski arasında telefon danışığı baş tutub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər