Bayden Floridada qasırğa ilə əlaqədar fövqəladə vəziyyət elan edib
sizinxeber.az xəbər saytı

Bayden Floridada qasırğa ilə əlaqədar fövqəladə vəziyyət elan edib


ABŞ Prezidenti Cozef Bayden ştata yaxınlaşan Milton qasırğası ilə əlaqədar Floridada fövqəladə vəziyyət elan edilməsi haqqında sərəncam imzalayıb.

“Report”un məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Amerika prezidentinin sərəncamı Florida hakimiyyətinə ABŞ Daxili Təhlükəsizlik Departamenti və Federal Fövqəladə Halların İdarə Olunması Agentliyinin köməyini nəzərdə tutur.

Saffir-Simpson şkalası üzrə beşinci kateqoriyaya qədər güclənən qasırğanın çərşənbə günü və ya cümə axşamı günü Florida sahillərinə yaxınlaşacağı gözlənilir. Mütəxəssislərin hesablamalarına görə, Milton Floridanın qərb sahillərinə, o cümlədən Tampa körfəzinə hündürlüyü 3 metrdən çox olan dağıdıcı dalğalar gətirəcək.

Oxşar xəbərlər

"Milton" fırtınası Meksika körfəzində qasırğa şiddətinədək güclənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-də “Debbi” qasırğası nəticəsində dörd nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Afrikada meymunçiçəyi virusu ilə əlaqədar fövqəladə vəziyyət elan edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Fransin” ABŞ-da 100 mindən çox sakini işıqsız qoyub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden BMT Baş Assambleyası çərçivəsində dünya liderləri ilə ikitərəfli görüşlər keçirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər