Estoniya Ukraynanın qərbinə qoşun göndərməyi düşünür
sizinxeber.az xəbər saytı

Estoniya Ukraynanın qərbinə qoşun göndərməyi düşünür


Estoniya hakimiyyəti Ukraynanın qərbinə hərbi personal göndərmək imkanını nəzərdən keçirir, onların qeyri-döyüş tapşırıqlarını yerinə yetirəcəkləri güman edilir.

“Report” xəbər verir ki, bu barədə Varşava Təhlükəsizlik Forumu konfransında Estoniyanın müdafiə naziri Hanno Pevkur bildirib.

Onun sözlərinə görə, Ukraynaya hərbçilərin göndərilməsi ilə bağlı qərarlar NATO dövlətlərinin konsensusu əsasında qəbul edilməlidir:

“Hələ konkret qərar verməmişik. İlk növbədə, biz təlimatçılarımızın təhlükəsizliyini təmin etməliyik. Hərbi texnika ilə briqada böyüklüyündə bir bölmə göndərmək rusiyalılar üçün çox böyük hədəf olardı. Bütün detalları nəzərə almaq lazımdır: kontingenti qorumaq üçün tədbirlər, eləcə də maddi-texniki təminat. Buna görə də biz hazırda Polşa və Böyük Britaniyada təlimlərimizi davam etdiririk”.

Oxşar xəbərlər

Ali Rada deputatı: “Makron Ukrayna və Belarus sərhədinə hərbi missiya göndərməyi düşünür”
Estoniyalı nazir: NATO dövlətlərinin raketdən müdafiə sistemlərində ciddi qüsurlar var
Pentaqon Yaxın Şərqdə qoşunların artırılması imkanını nəzərdən keçirir
NATO ölkələri Ukraynaya hərbi yardımın artırılmasını təsdiqləyib
Stoltenberq: NATO Ukraynadakı münaqişədə tərəf olmayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle