Beynəlxalq koalisiya qüvvələrinin Bağdaddakı bazası raket atəşinə tutulub
ABŞ-nin başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələrinə məxsus olan və Bağdad hava limanının yaxınlığında yerləşən Viktoriya hərbi bazası raket hücumuna məruz qalıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə İraqın “Shafaq News” informasiya portalı məlumat yayıb.
Yerli təhlükəsizlik qüvvələrindəki mənbənin məlumatına görə, bazaya doğru üç mərmi atılıb. Onlardan biri hərbi obyektin yaxınlığına, ikincisi antiterror xidmətinin alaylarından birinin qərargahının yanına, sonuncusu isə hava limanının uçuş-enmə zolağının bilavasitə yaxınlığına düşüb.
Qeyd olunur ki, hərbçilər atəşin açıldığı yeri müəyyən ediblər, bu, Bağdadın qərbindəki əl-Amriya rayonu olub, koalisiya qüvvələri raketdən müdafiə sistemini işə salıblar.
Dəymiş maddi ziyan barədə məlumat verilmir. Hələlik heç bir təşkilat hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.
Oxşar xəbərlər
Pentaqon ABŞ hərbçilərinin İraqda yaralanmasını təsdiqləyib
ABŞ-nin İraqdakı səfirliyinə məxsus obyektdə partlayış baş verib
KİV: ABŞ-nin Suriyadakı bazası hücuma məruz qalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
