Tramp Zelenski ilə yaxşı münasibətləri olduğunu bəyan edib
sizinxeber.az xəbər saytı

Tramp Zelenski ilə yaxşı münasibətləri olduğunu bəyan edib


ABŞ-nin keçmiş prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə yaxşı münasibətləri var. Tramp impiçment qalmaqalı zamanı Ukrayna liderinin hərəkətlərini yüksək qiymətləndirir.

“Report” xəbər verir ki, bu barədə Ukrayna KİV sabiq ABŞ liderinin “The Washington Post” qəzetinə müsahibəsinə istinadən məlumat yayıb.

“Zelenski ilə yaxşı münasibətim var idi. O, xoşuma gəlir”, - Tramp deyib.

ABŞ-nin keçmiş prezidentinin sözlərinə görə, buna səbəb mümkün impiçmentlə bağlı qalmaqal zamanı Zelenskinin hərəkətləridir.

“O (Zelenski - red.) deyə bilərdi ki, lentə alınmadan (söhbətin - red.) xəbəri yoxdur. Amma “Bəli, özümə təhdid hiss edirdim” demək əvəzinə, o belə dedi: “O (Tramp - red.) qəti olaraq səhv bir şey etməyib”, - amerikalı siyasətçi sözlərinə əlavə edib.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski ötən həftə ABŞ-yə səfəri zamanı Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampla görüşüb.

Oxşar xəbərlər

Nyu-Yorkda Zelenski ilə Tramp arasında görüş keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp gələn həftə Zelenski ilə görüşə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Zelenski ilə görüşməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenski: ABŞ-də keçiriləcək seçkilərə qədər Ukraynada döyüşlər bitməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Volodimir Zelenski və Donald Tramp arasında görüş keçirilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər