Volodimir Zelenski və Donald Tramp arasında görüş keçirilib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Volodimir Zelenski və Donald Tramp arasında görüş keçirilib - YENİLƏNİB


“ABŞ prezidentliyinə hər iki namizədlə görüşməyi ona görə istədim ki, Ukraynadakı müharibə noyabrda da bitməyəcək”.

Sizinxeber.az-nın CNBC-yə istinadən xəbərinə görə, bunu ABŞ-nin 45-ci Prezidenti Donald Trampla görüşündə Ukraynanın dövlət başçısı Volodimir Zelenski deyib.

“Noyabrda amerikalılar öz prezidentini seçəcək, biz isə o vaxtadək Rusiyanı və Vladimir Putini dayandıra bilməyəcəyik. Başa düşürük ki, bu dövrdən sonra Rusiya-Ukrayna münaqişəsi üzrə müəyyən qərar qəbul etməliyik”.

D. Tramp isə bildirib ki, seçkidə qalib gəldikdən sonra Rusiya-Ukrayna münaqişəsində hər iki tərəfi qane edəcək həll variantının tapılmasına çalışacaq.

Onun sözlərinə görə, bu istiiqamətdə kifayət qədər çox səy göstərməyə ehtiyac var.




***
20:14

Nyu-Yorkda ABŞ-nin 45-ci prezidenti Donald Trampla Ukrayna lideri Vladimir Zelenski arasında görüş başlayıb.

Sizinxeber.az-nın CNN-ə istinadən xəbərinə görə, danışıqlar Trampa məxsus “Trump Tower” binasında keçirilir.

Mətbuata qapalı müzakirələrin təfərrüatları hələlik bəlli deyil.

Oxşar xəbərlər

Zelenski: ABŞ-də keçiriləcək seçkilərə qədər Ukraynada döyüşlər bitməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Zelenski ilə telefon danışığının təfərrüatlarını açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Zelenski ilə görüşməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenski Kulebanın istefasına aydınlıq gətirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Rusiya-Ukrayna müharibəsini necə dayandırmaq istədiyinə işarə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər