Guardian: Avropadakı bir çox ukraynalı qaçqın küçələrdə qalmaq riski ilə üzləşə bilər
Rusiya ilə Ukrayna arasında müharibə başladıqdan sonra Avropa ölkələrinə köçən bir çox ukraynalılar yardım proqramlarının kəsilməsi səbəbindən küçələrdə qalmaq riski ilə üzləşə bilər.
“Report” xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, 6 milyona yaxın ukraynalı qaçqın Avropa ölkələrində yaşayır və onların çoxu evsiz qalmaq təhlükəsi ilə üzləşib. Nəşr bildirib ki, Macarıstanda avqust ayında qüvvəyə minən qanuna görə, dövlət dəstəyi tədbirləri yalnız Ukraynanın münaqişədən birbaşa təsirlənmiş bölgələrindən olan qaçqınlara şamil ediləcək.
Avropanın digər ölkəsi olan Polşa da hərbi xidmətə yararlı ukraynalıları ölkədə saxlamaq istəmir. Polşanın xarici işlər naziri Radoslav Sikorski bəyan edib ki, ölkə rəhbərliyi münaqişə zonasından qaçan ukraynalılara böyük sosial müavinət vermir və inanır ki, onlar qayıdıb ölkənin müdafiəsində iştirak edə biləcəklər.
Digər tərəfdən son aylarda Ukraynadan olan qaçqınları müvəqqəti qəbul etmək istəyən Britaniya sakinlərinin sayında da azalma müşahidə olunur, buna görə də getdikcə daha çox qaçqın küçədə qalmaq riski ilə üzləşir.
Oxşar xəbərlər
Kiyev Polşanın Aİ-dəki bəzi ukraynalılar üçün müavinətləri dayandırmaq çağırışını dəstəkləyib
Zaxarova: Borrellin “reseptlərindən” sonra Aİ ilə Rusiya arasında hərbi toqquşma riski var
Polşa və Norveç Ukrayna hərbçilərinə “Leopard”larda təlim keçməyə başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
