İsrailin Beyruta endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 37-yə çatıb - YENİLƏNİB
İsrail ordusunun Beyrutun cənubuna endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 37-yə çatıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı Livanın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd edilir ki, Dahiyadakı faciə yerində dağıntılar hələ də təmizlənir.
İsrail Hərbi Hava Qüvvələrinin Livanın paytaxtı Beyrutun cənub ətrafına endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 19-a yüksəlib, 66 nəfər yaralanıb.
“Sizinxeber.az” AP-yə istinadən xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyinin icmalında deyilir.
Təxminən 20 nəfər itkin düşüb.
Yerli mülki müdafiə xidmətinin məlumatına görə, Əl Qaim məhəlləsində dağılmış iki evin qalıqları olan yerdə axtarış-xilasetmə əməliyyatı davam edir. Mümkün qurbanların axtarışı üzrə dağıntılar təmizlənir.
Xatırladaq ki, daha əvvəl “Hizbullah” hərəkatının silahlı qanadı İsrailin hava hücumu zamanı 2 hərbi rəhbərinin və 13 döyüşçüsünün öldüyünü təsdiqləmişdi.
Oxşar xəbərlər
İsrailin Beyrutun cənubuna endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 19-a çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin Beyruta endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 19-a çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin Beyruta zərbələri nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin Livana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 10-a çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 40 minə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












