Putin: Rusiya bu il PUA istehsalını 10 dəfə artırmağı planlaşdırır
sizinxeber.az xəbər saytı

Putin: Rusiya bu il PUA istehsalını 10 dəfə artırmağı planlaşdırır


2023-cü ildə Rusiya Federasiyasının Silahlı Qüvvələrinə 140 min pilotsuz uçuş aparatı (PUA) tədarük edilib, bu il istehsalın 10 dəfə artırılması planlaşdırılır.

"Sizinxeber.az"un Rusiya bürosunun məlumatına görə, bunu Prezident Vladimir Putin Sankt-Peterburqda Rusiya Hərbi-Sənaye Komissiyasının iclasında deyib.

“2023-cü ildə Silahlı Qüvvələrə 140 minə yaxın müxtəlif təyinatlı pilotsuz uçuş aparatı tədarük edilib. Bu il istehsalın 10 dəfəyə qədər artırılması planlaşdırılır. 2030-cu ilə qədər Rusiyada PUA-ların layihələndirilməsi, sınağı və istehsalı üzrə 48 xüsusi elmi-istehsal mərkəzi yaradılacaq", - Rusiya lideri bildirib.

O əlavə edib ki, pilotsuz uçuş aparatlarının istehsalı üzrə milli layihənin həyata keçirilməsi Rusiya Federasiyasının bu sahədə texnoloji suverenliyinin açarıdır.

Oxşar xəbərlər

Rusiya bu il milyon yarıma yaxın PUA istehsal edəcək
Rusiya PUA-sı Latviya ərazisinə düşüb
Kim Çen In PUA-ların istehsalını artırmağı əmr edib
Rusiya Silahlı Qüvvələrində şəxsi heyətin sayı artırılıb
Rusiya MN: Ötən sutka 171 Ukrayna PUA-sı məhv edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər