Avropa Komissiyası yeni tərkibdə noyabrın 1-dən işə başlayacaq
Avropa Komissiyasının (AK) yeni tərkibi bu il noyabrın 1-də işə başlamalıdır.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Məlumata görə, səlahiyyət müddəti beş il nəzərdə tutulub. Avropa komissarları vəzifələrinə bütün namizədlər Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir.
O, Avropa komissarları vəzifələrinə ümumilikdə 27 namizəd təklif edib: “Komandamın hər bir üzvü öz təcrübəsini və Avropa ilə bağlı perspektivlərini bölüşəcək. Biz birlikdə vahid məqsədə - Avropanı daha güclü etmək üçün çalışan bir komanda olacağıq”.
Avropa Komissiyasının prezidenti digər namizədlərin də kimliklərini açıqlayıb: “Ticarət və iqtisadi təhlükəsizlik üzrə Avropa komissarı vəzifəsinə Slovakiya nümayəndəsi Maroş Şefçoviç, iqtisadiyyat və məhsuldarlıq üzrə komissar vəzifəsinə Latviyadan Valdis Dombrovskis, iqlimin mühafizəsi və karbonsuzlaşdırma üzrə Niderlanddan Vopke Hukstra, nəqliyyat və turizm üzrə Yunanıstandan Apostolos Tsitsikostas və s təklif olunub”.
Təşkilatın yeni tərkibinin 40 faizi qadınlardan ibarət olacaq.
Oxşar xəbərlər
Avropa Komissiyasında müdafiə və kosmos üzrə komissar vəzifəsi təsis edilə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Von der Leyen yenidən Avropa Komissiyasının prezidentliyinə namizəd olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa XİN başçısına Avropa Komissiyasının vitse-prezidenti vəzifəsi təklif edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
AK Avropa Rəqabətlilik Fondunun yaradılmasını planlaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropa Komissiyasının yeni vitse-prezidentlərinin dördü qadın olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












