AK Avropa Rəqabətlilik Fondunun yaradılmasını planlaşdırır
Avropa Komissiyasının büdcəsinin bir hissəsi kimi yeni Avropa Rəqabətlilik Fondunun yaradılması nəzərdə tutulur.
“Sizinxeber.az” xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen deyib.
“Sənaye rəqabət qabiliyyətimizi artırmaq mənim iyul ayında irəli sürdüyüm Avropa Komissiyasının yeni beşillik proqramının mərkəzi sütunudur. Mən ilk olaraq yeni büdcəmizin bir hissəsi qismində yeni Avropa Rəqabətlilik Fondunun yaradılmasını təklif edəcəyəm. O, strateji texnologiyalara sərmayə qoyacaq və Ümumi Avropa Maraqları yönündə mühüm layihələrimizə töhfə verəcək”, - AK Prezidenti qeyd edib.
Ursula fon der Lyayen hesab edir ki, növbəti addım AK-nin investisiya komissiyasının formalaşdırılması olmalıdır.
“Həmçinin yeni mandatın ilk 100 günündə mən yeni Təmiz Sənaye Müqaviləsi təklif edəcəyəm. Onun əsas məqsədlərindən biri ucuz təmiz enerjiyə çıxışı təmin etmək olacaq”, - o bildirib.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
