ABŞ “Patriot” HHM sistemlərinin sayını artıracaq
ABŞ Silahlı Qüvvələri “Patriot” hava hücumundan müdafiə (HHM) sistemlərinin Ukrayna və Yaxın Şərqə tədarükünü nəzərə alaraq bu sistemlərin batareyalarının sayını artıracaq.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Quru Qoşunları üzrə ordu katibi Kristin Uormut “Stimson Washington” analitik mərkəzində çıxışı zamanı bildirib.
“Ukrayna məlum səbəblərə görə daha çox “Patriot” istəyir. Biz Yaxın Şərqdəki qüvvələrimizi qorumaq üçün də “Patriot”dan istifadə edirik. Odur ki yaxın bir neçə ildə ABŞ ordusuna əlavə “Patriot” batareyaları əlavə ediləcək”, - o deyib.
Uormut etiraf edib ki, ABŞ Silahlı Qüvvələri hazırda məhdud sayda “Patriot” sistemlərinə malikdir, lakin eyni zamanda onların ordudakı mövcudluqları artmaqdadır.
Bundan əlavə, Pentaqon nümayəndəsinin sözlərinə görə, ABŞ Silahlı Qüvvələri bütövlükdə hava hücumundan müdafiə qüvvələrini artırır, o cümlədən PUA-larla mübarizə aparmaq üçün batareyalar yaradır.
Oxşar xəbərlər
Rumıniya Ukraynaya “Patriot” verir
Polşa “Patriot” üçün 48 buraxılış qurğusu istehsal edəcək
Polşa və ABŞ “Patriot” üçün 48 buraxılış qurğusunun istehsalına dair müqavilə imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
