Pakistanda silahlı hücum nəticəsində ölənlərin sayı 39-a çatıb - YENİLƏNİB
Pakistanın cənub-qərbində yaraqlıların sərnişin avtobuslarına hücumu nəticəsində azı 39 nəfər ölüb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə "Frans Press" agentliyinə əyalət administrasiyasının mətbuat katibi bildirib.
Onun sözlərinə görə, hücumu “Bəlucistan Azadlıq Ordusu” qruplaşmasının radikalları həyata keçirib.
“Geo TV”-nin məlumatına görə, avqustun 26-da səhər saatlarında silahlı şəxslər magistral yolu bağlayıb, sərnişinləri avtobus və yük maşınlarından düşürüblər. Qeyd olunub ki, silahlılar 10-a yaxın avtomobili də yandırıblar. Hadisə yerinə polis və xüsusi xidmət orqanlarının əməkdaşları cəlb edilib.
Pakistanın cənub-qərbində yaraqlıların sərnişin avtobuslarına hücumu nəticəsində azı 23 nəfər ölüb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Reuters" ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
“Təfərrüatlar verilməsə də, Pakistanın Baş naziri Şahbaz Şərif sərnişin avtobuslarına hücumların Bəlucistan əyalətində baş verdiyini bildirib”, - məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Pakistanda yaraqlılar 23 nəfəri öldürüb
Pakistanda avtobus dərəyə aşıb, 25 nəfər ölüb
Pakistanda silahlı şəxslərin hücumu nəticəsində ən azı 22 nəfər ölüb - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
