İsrailə 70-dən çox raket atılıb, ölkədə fövqəladə vəziyyət elan olunub
Livandakı "İslam Müqaviməti" İsrailin şimalındakı Qərbi Qalileyaya və yəhudi dövlətinin nəzarətində olan Qolan təpələrinə doğru 70-dən çox raket atıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb.
Telekanal bildirir ki, İsrail ərazisinin atəşə tutulması davam edir.
Bu arada İsrail ordusunun bu səhər Livanda "Hizbullah" hərəkatının hədəflərinə qabaqlayıcı zərbələr endirməsindən sonra yəhudi dövlətinin müdafiə naziri Yoav Qalant növbəti 48 saat ərzində ölkədə fövqəladə vəziyyət elan edib.
İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti daha əvvəl bildirmişdi ki, İsrail ərazisinə raket zərbəsi hazırlamaqla əlaqədar "Hizbullah" hərəkatının hədəflərinə hücum ediblər.
Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatı ilə döyüşlər zamanı isə İsrail Müdafiə Qüvvələrinin 4 əsgəri həlak olub, daha 7 nəfər yaralanıb.
Oxşar xəbərlər
İsrailə 70-dən çox raket atılıb, ölkədə fövqəladə vəziyyyət elan olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu “Hizbullah”ın raket qüvvələrinin səhra komandirini öldürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
HƏMAS silahlıları ilə toqquşmalarda İsrailin 44 hərbçisi həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: ABŞ İsrailə vəziyyətin nəzarətdən çıxması riski barədə xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Livandan İsrail ərazisinə 180-dən çox raket və PUA atılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












