Quterreş Əl Tani ilə Qəzzada atəşkəs üçün vasitəçilərin səylərini müzakirə edib
Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani və BMT-nin Baş katibi Antonio Quterreş telefonla danışıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə QNA xəbər agentliyi məlumat yayıb.
Tərəflər Qəzza zolağında İsrail və HƏMAS atəşkəslə bağlı danışıqlar prosesini koordinasiya edən vasitəçilərin səylərini müzakirə ediblər.
BMT-nin baş katibi Qətərin baş nazirinə Fələstin probleminin ədalətli, hərtərəfli və davamlı həllinə yönəlmiş davamlı səylərə görə təşəkkür edib.
Avqustun 15-də Qəzza zolağında atəşkəs və israilli girovların azad edilməsi ilə bağlı Dohada məsləhətləşmələrin yeni mərhələsi başlayıb. Danışıqlarda İsraildən nümayəndə heyətləri və ABŞ, Misir və Qətərdən vasitəçilər iştirak ediblər. Tərəflər növbəti görüşü gələn həftənin sonunadək Qahirədə keçirmək barədə razılığa gəliblər.
Oxşar xəbərlər
Qəzza ilə bağlı danışıqlarda irəliləyiş əldə edilib
Bayden Qəzzanı danışıqlarda Misir və Qətərin təmsil etdiyini bəyan edib
HƏMAS ABŞ-nin Qəzzada atəşkəslə bağlı təklifini rədd edib
Qəzza ilə bağlı danışıqların növbəti raundu Qahirədə keçiriləcək
Netanyahu Qəzza ilə bağlı Qahirəyə nümayəndə göndərilməsini təsdiqləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













