Qəzza ilə bağlı danışıqların növbəti raundu Qahirədə keçiriləcək
Gələn həftə Misirin paytaxtı Qahirədə Qəzza zolağında atəşkəslə bağlı danışıqların növbəti raundu baş tutacaq.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Misir, Qətər və ABŞ-dən olan vasitəçilər Dohada keçirilən məsləhətləşmələrin yekunu üzrə dərc olunmuş birgə kommünikedə bildiriblər.
“Yüksək vəzifəli hökumət nümayəndələrimiz bu gün müzakirə olunan məsələlərlə bağlı razılığa gəlmək məqsədilə gələn həftənin sonuna qədər Qahirədə yenidən görüşəcəklər”, - Misir Prezidentinin sözçüsü Əhməd Fəhminin “Facebook”da paylaşdığı sənəddə bildirilib.
Vasitəçilər əlavə ediblər ki, texniki qruplar yaxın bir neçə gün ərzində sazişin əsas prinsiplərinin həyata keçirilməsi, o cümlədən Qəzzada humanitar vəziyyət və israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi ilə bağlı mexanizmlər hazırlamağa davam edəcəklər.
Oxşar xəbərlər
Qəzza üzrə danışıqların Doha raundu başa çatıb, tərəflər gələn həftənin sonuna qədər Qahirədə görüşəcək - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzza ilə bağlı danışıqlarda irəliləyiş əldə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden Qəzzanı danışıqlarda Misir və Qətərin təmsil etdiyini bəyan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail HƏMAS-ın danışıqlarda iştirakdan imtina etməsinə münasibət bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qətər və Misirin vasitəçiliyi ilə Qəzzada atəşkəslə bağlı danışıqlar aparılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












