Litvanın müdafiə naziri: Rusiya hərbçiləri Kalininqraddan Kurska göndərilir
sizinxeber.az xəbər saytı

Litvanın müdafiə naziri: Rusiya hərbçiləri Kalininqraddan Kurska göndərilir


Litvanın müdafiə naziri Laurinas Kaşşünas Rusiya qoşunlarının ölkənin Avropadakı anklavı olan Kalininqrad vilayətindən qızğın döyüşlərin getdiyi Kursk vilayətinə göndərildiyini bildirib.

“Report” “Azadlıq Radiosu”nun ukrain xidmətinə istinadən xəbər verir ki, bu barədə Baltikyanı ölkənin naziri avqustun 13-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə deyib.

“Mən Litva xalqına deyirəm: görün ukraynalılar sizin üçün necə vuruşur, çünki onların mübarizəsinə görə Rusiya Kalininqraddan qoşunlarını çıxarmalıdır. Hətta biz bunu Kalininqradın “demilitarizasiyası” adlandırırıq ki, bu da sizin hərbçilərin şücaəti, qərarlarınız sayəsində baş verir”, – “Azadlıq Radiosu” Kaşşünasdan sitat gətirib.

Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinin 74 yaşayış məntəqəsini ələ keçirdiyini açıqlamışdı.

Oxşar xəbərlər

Zelenski: Rusiya ölkəmizə müharibə gətirib, indi isə nə etdiyini hiss etməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qubernator: Kursk vilayətinin 28 yaşayış məntəqəsi Ukrayna ordusunun nəzarətindədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenski: Kursk vilayətinin 74 yaşayış məntəqəsi nəzarətimiz altındadır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya Səhiyyə Nazirliyi Kursk vilayətində zərərçəkmişlərin sayını açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Kursk vilayətinə gələn “Vaqner” yaraqlıları Ukrayna ordusu ilə döyüşə girib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər