ABŞ İsrailə 18,82 milyard dollarlıq F-15-lərin satışını təsdiqləyib
Dövlət Departamenti 18,82 milyard dollara F-15 qırıcı təyyarələri və müvafiq avadanlıqların İsrailə mümkün satışını təsdiqləyib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə ABŞ-nin Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi bildirib. O, hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdehdir.
Sənədə görə, İsrail bundan əvvəl ABŞ-yə 50 ədəd yeni çoxməqsədli F-15IA qırıcısı, mövcud F-15I qırıcılarının modifikasiyası üçün dəstlər, həmçinin mühərriklər, radarlar, buraxılış qurğuları və digər avadanlıqların alınması ilə bağlı sorğu göndərib. Təsdiq edilmiş müqavilə çərçivəsində təyyarə və avadanlıqların tədarükünə 2029-cu ildə başlanacağı gözlənilir. Pentaqona görə, İsrailə döyüş təyyarələrinin satışı “bölgədəki hərbi qüvvələrin əsas balansını pozmayacaq”.
Oxşar xəbərlər
ABŞ İsrailə 19 milyard dollar dəyərində F-15 qırıcı təyyarələrinin satışını təsdiqləyib - YENİLƏNİB
ABŞ Dövlət Departamenti HIMARS sistemlərinin Norveçə satışını təsdiqləyib
KİV: ABŞ İsrailə silah alışı üçün 3,5 milyard dollar verəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
