Braziliyada təyyarə qəzası zamanı sərnişinlərin hamısı ölüb - YENİLƏNİB
Braziliyada təyyarənin düşməsindən heç kim sağ qalmayıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Vineydu şəhərinin prefekturası məlumat yayıb.
Təyyarə Kaskaveldən (Parana ştatı) 58 sərnişin və dörd heyət üzvü ilə Quarulyos (San Paulo ) istiqamətində uçurmuş. Vineydu şəhərinin yaşayış yerlərindən birinə düşüb. Hadisə zamanı şəhərin təyyarənin düşdüyü ərazidəki heç bir sakini xəsarət almayıb.
Qəzanın səbəbləri məlum deyil.
Braziliyada göyərtəsində 58 sərnişin və 4 ekipaj üzvü olan sərnişin təyyarəsi ölkənin cənub-şərqindəki San Paulo əyalətindəki Vinyedu bələdiyyəsi ərazisində qəzaya uğrayıb.
“Sizinxeber.az”un məlumatına görə, bu barədə G1 portalı xəbər yayıb.
Məlumata görə, söhbət ATR 72 modelinin təxminən 68 sərnişinin daşınması üçün nəzərdə tutulmuş təyyarəsindən gedir. Təyyarə Kaskaveldən Quarulosa daxili reys edib.
Portal ölənlər və ya xəsarət alanlar haqqında məlumat verməyib.
13h25 Rua Edueta, 2500 – Vinhedo. Queda de aeronave, 07 equipes empenhadas, até o momento apenas essas informações...
— Corpo de Bombeiros PMESP (@BombeirosPMESP)
Oxşar xəbərlər
Braziliyada sərnişin təyyarəsi qəzaya uğrayıb
Braziliyada göyərtəsində 62 sərnişin olan təyyarə qəzaya uğrayıb - VİDEO
Braziliyada göyərtəsində 68 sərnişin olan təyyarə qəzaya uğrayıb - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
