İsrail HƏMAS-ın yeni rəhbərini də məhv etmək niyyətindədir
İsrailin Müdafiə Qüvvələri HƏMAS-ın Siyasi Bürosunun yeni rəhbəri Yəhya Sinvarı məhv etmək niyyətindədir.
“Sizinxeber.az” xəbər verir ki, bunu İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi bildirib.
O, Sinvarın yeni rütbə aldığını xatırladıb: “Rütbəsinin dəyişdirilməsi onun arxasınca getməyimizə mane olmayacaq. Bu, bizi motivasiya edir.
Yəhya Sinvarı tapmaq üçün səy göstərəcəyik ki, o, hədəfə çevrilsin və onlar (HƏMAS - Qeyd) yenidən Siyasi Büronun rəhbərini dəyişsinlər.
Bütövlükdə son həftələrdə çox mühüm əməliyyatlar həyata keçirmişik. Ən problemli düşmənlərimizin yüksək səviyyəli komandirlərini məhv etmişik və biz dayanmayacağıq”.
Xatırladaq ki, HƏMAS-ın Siyasi Bürosunun keçmiş rəhbəri İsmayıl Haniyə İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakdan sonra İsrailin onun Tehrandakı iqamətgahına endirdiyi zərbə nəticəsində öldürülüb.
Oxşar xəbərlər
Yəhya Sinvar HƏMAS-ın siyasi bürosunun yeni rəhbəri seçilib
İsrailin XİN rəhbəri Sinvarı mümkün qədər tez aradan qaldırılmağa çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
