İsrail və Suriya sentyabrda təhlükəsizlik sazişi imzalaya bilər
İsrail və Suriya sentyabrda təhlükəsizlik sazişi imzalaya bilər.
Bu barədə “Report” Yaxın Şərq KİV-inə istinadən məlumat verir.
Məlumata görə, Vaşinqton Suriya Prezidenti Əhməd əş-Şəraa, İsrailin Baş naziri Binyamin Netanyahu və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə üçtərəfli görüşün təşkili üzərində fəal işləyir.
"Bu istiqamətdə atılan addımlardan biri Suriyanın BMT-də danışıqlar aparmaq üçün geniş səlahiyyətlərə malik yeni nümayəndəsinin təyin edilməsi olub", - KİV bildirib.
Görüş sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilə bilər.
Tərəflər Suriya və İsrail arasında gərginliyi azaltmaq məqsədilə bir sıra sənədlər imzalamağı planlaşdırırlar. Bununla belə, yaxın vaxtlarda hərtərəfli sülh müqaviləsinin bağlanmasından söhbət getmir.
Həmçinin bu həftə Parisdə İsrailin strateji məsələlər naziri Ron Dermer və Suriyanın xarici işlər naziri Əsəd əş-Şibani arasında aparılan danışıqlarda irəliləyişin olduğu bildirilir.
Oxşar xəbərlər
ABŞ, İsrail və Suriya təhlükəsizlik toplantısı keçirəcək
İsrail və Suriya son 25 ildə ilk dəfə yüksək səviyyəli danışıqlar aparıblar
KİV: Sabah Bakıda Suriya və İsrail nazirlərinin görüşü baş tutacaq
Netanyahu: İsrail yaxın vaxtlarda bir neçə ərəb dövləti ilə sülh sazişi imzalaya bilər
KİV: Suriya üzrə beynəlxalq danışıqlar yenə Bakıda keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
