ABŞ və Avropa ölkələri Kiyevə təhlükəsizlik zəmanətlərinin verilməsini müzakirə edəcək
sizinxeber.az xəbər saytı

ABŞ və Avropa ölkələri Kiyevə təhlükəsizlik zəmanətlərinin verilməsini müzakirə edəcək


ABŞ Dövlət katibi Marko Rubio avqustun 21-də Avropa ölkələrindən və Ukraynadan olan milli təhlükəsizlik məsləhətçiləri ilə görüş keçirəcək, burada Kiyevə təhlükəsizlik zəmanətlərinin verilməsi müzakirə olunacaq.

"Report" xəbər verir ki, bu barədə "New York Times" (NYT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ Prezidentinin milli təhlükəsizlik məsləhətçisi vəzifəsini müvəqqəti icra edən Rubio həmkarları ilə "həssas diplomatik danışıqlar" aparacaq. Bu danışıqlarda Ukraynaya təhlükəsizlik zəmanətlərinin necə verilə biləcəyi müəyyən ediləcək.

Vaşinqtonun bu cür təminatlarına Avropa əməliyyatları üçün hava dəstəyi və ya kəşfiyyat yardımı vədi də daxil ola bilər. Bundan əlavə, Amerika qüvvələri Ukraynadakı missiyaları dəstəkləmək üçün Qara dənizə yerləşdirilə bilər.

Oxşar xəbərlər

Rubio Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təfərrüatlarını açıqlayıb
Rubio Ukrayna və Avropanın milli təhlükəsizlik müşavirləri ilə danışıqlar aparacaq
Marko Rubio Milli Təhlükəsizlik Şurasında ciddi islahatlar apara bilər
Avropa ABŞ-ni Rumıniyada döyüş təyyarələri yerləşdirməyə çağırıb
ABŞ Dövlət katibi: Avropa Kiyevin təhlükəsizliyinin təmin edilməsində əsas rol oynamalıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər