Marko Rubio Milli Təhlükəsizlik Şurasında ciddi islahatlar apara bilər
sizinxeber.az xəbər saytı

Marko Rubio Milli Təhlükəsizlik Şurasında ciddi islahatlar apara bilər


ABŞ dövlət katibi Marko Rubio Milli Təhlükəsizlik Şurasının ştatını xeyli azaltmaq və onun işini kökündən dəyişmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə NBC News mənbələrə istinadən məlumat yayıb.

Ağ Evin nəzdində fəaliyyət göstərən Milli Təhlükəsizlik Şurası dövlət qurumlarında siyasi proseslərin əlaqələndirilməsi üzrə əsas mərkəzdir və ABŞ prezidentinə xarici siyasət və milli təhlükəsizlik məsələləri ilə bağlı qərarlar qəbul etməyə kömək edir.

İki mənbə telekanal bildirib ki, ABŞ prezidentinə siyasətlə bağlı tövsiyələr verən böyük bir heyət əvəzinə, yenilənəcək strukturda Tramp milli təhlükəsizlik müşavirinə göstərişlər verəcək, o da tabeliyində olanlara həmin göstərişləri yerinə yetirməyi tapşıracaq.

Trampın ikinci müddətinin əvvəlində Milli Təhlükəsizlik Şurasının 300 əməkdaşı olsa da, yanvarda onların sayı təxminən 150 nəfərə endirilib. İslahatdan sonra ştatda 50-60 nəfər qala bilər.

Rubio həmçinin Milli Təhlükəsizlik Şurasının bəzi səlahiyyətlərinin Dövlət Departamenti və Mərkəzi Kəşfiyyat İdarəsi də daxil olmaqla digər qurumlara verilməsini müzakirə edir.

Oxşar xəbərlər

KİV: ABŞ Milli Təhlükəsizlik Şurasının bir neçə direktoru vəzifəsindən azad edilib
KİV: Tramp Milli Təhlükəsizlik Şurasının genişmiqyaslı yenidən təşkili prosesinə başlayıb
Şoyqu İranda Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Ermənistanda səfərdədir
Türk Dövlətləri Təşkilatının Milli Təhlükəsizlik Şurasının sədrləri Türküstanda toplaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle