Petro Poroşenko: Ağ Evdə baş verənlər Ukraynanın mövcudluğu uğrunda mübarizənin əsas mərhələsidir
- 19-08-2025, 14:00
- DÜNYA / Digər ölkələr
- 0
- 547
Ağ Evdə baş verənlər sadəcə liderlərin görüşü, yaxud tək Avropa, ABŞ və Ukraynanın iştirak etdiyi sammit yox, həm də azadlıq, demokratiya və Ukraynanın mövcudluğu uğrunda mübarizənin əsas mərhələsidir.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukraynanın eks-prezidenti, Avropa Həmrəyliyi Partiyasının sədri, deputat Petro Poroşenko Ali Radanın avqustun 19-da keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, avqustun 18-də Avropa, NATO və Ukrayna ilə olan birlik qalib gəldi:
"Dünya aydın şəkildə başa düşməlidir: ərazi güzəştləri tabudur. Bu, beynəlxalq hüququn məhvidir. Mən fəxr edirəm ki, məhz bu tribunadan Ali Rada mənim Ukraynanın Aİ və NATO-ya istiqamətli kursunun konstitusiyada təsbit edilməsi təklifimi dəstəklədi. Putinin heç vaxt Ukrayna üçün taleyüklü dəyişikliklərə veto qoymaq hüququ olmayacaq. Bu, dövlətimizin strateji kursudur. Ancaq yadda saxlamalıyıq: Putinə təkcə Donbas yox, bütün Ukrayna lazımdır. Ona görə də ordumuzun ixtisarını, rus dilinə rəsmi status verilməsini, rus kilsəsinin “qorunması"nı tələb edir".
P.Poroşenko qeyd edib ki, Ukrayna dövlətinin əsas vəzifəsi ordunu, dili və inamı qorumaqdır:
"Çünki onlar Ukrayna dövlətçiliyinin əsasıdır. Əgər Putin dayanmaqdan imtina edərsə, cavab “B planı” olmalıdır: daha çox silah, daha çox maliyyə yardımı, daha çox sanksiyalar, NATO və Aİ-yə açılan qapılar olmalıdır".
O, Ukrayna Prezidentinin Ali Radaya dəvət edilməsini zəruri sayıb:
"Biz bilməliyik ki, Vaşinqton danışıqlarında nə baş verdi və bundan sonra necə birlikdə hərəkət edəcəyik?!"


width="220" alt="Poroşenko Zelenskidən "qələbə planı"nı parlamentlə bölüşməyi tələb edib" />
width="220" alt="Rutte: Ukraynanın NATO-ya gedən yolu açıqdır" />
width="220" alt="Uiteker: Ukrayna Avropa ölkələri üçün böyük hərbi texnika tədarükçüsünə çevriləcək" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />