Uiteker: Ukrayna Avropa ölkələri üçün böyük hərbi texnika tədarükçüsünə çevriləcək
ABŞ artan müdafiə xərcləri fonunda Ukraynanın Avropa ölkələri üçün böyük hərbi texnika təchizatçısına çevriləcəyini düşünür.
"Report"un məlumatına görə, bunu ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker "Fox News" telekanalına müsahibəsində bildirib.
“Onlar (Ukrayna – red.), şübhəsiz ki, Avropaya hərbi texnika üzrə əsas təchizatçılardan birinə çevriləcəklər, çünki Avropa ölkələri artıq hər kəsin razılaşdığı 5 %-i (ÜDM-in 5 %-i – red.) xərcləməyə başlayacaqlar”, – deyə Uiteker qeyd edib.
Onun sözlərinə görə, artıq indidən Ukraynanın gələcək iqtisadiyyatı haqqında düşünmək lazımdır. O bildirib ki, müdafiə sənayesindən əlavə, Ukraynanın kənd təsərrüfatı sektoru, limanları və infrastrukturunu da bərpa etməsi lazım olacaq ki, bu da, əsasən, Avropadan "çoxlu maliyyə vəsaiti" tələb edəcək.
Oxşar xəbərlər
ABŞ-nin NATO-dakı daimi nümayəndəsi: Rusiya və Ukrayna ərazi mübadiləsini müzakirə edirlər
NATO Baş katibi: Ukrayna həqiqətən böyük miqdarda hərbi texnika ala bilər
Tramp NATO sammitində Avropanı müdafiə xərclərini artırmağa çağıracaq
NATO Ukraynanın ehtiyacları üçün məsuliyyəti ölkələri arasında bölüşdürəcək
Polşa müdafiə naziri: NATO ölkələri hərbi xərcləri tez artıra bilməyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













