Aİ ABŞ danışıqlarından sonra onlayn sammit keçirəcək
sizinxeber.az xəbər saytı

Aİ ABŞ danışıqlarından sonra onlayn sammit keçirəcək


ABŞ-dəki danışıqlardan sonra avqustun 19-da videokonfrans vasitəsilə Avropa İttifaqının (Aİ) fövqəladə sammiti keçiriləcək.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Antoniu Koşta “X” sosial şəbəkəsində məlumat verib.

“Vaşinqtondakı danışıqların nəticələri barədə Aİ liderlərini məlumatlandırmaq üçün Avropa Şurasının videokonfransını çağırdım”, - deyən Koşta Aİ-nin Ukrayna üçün uzunmüddətli sülh və təhlükəsizlik təminatları üçün ABŞ ilə birlikdə çalışacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, bu gün Vaşinqtonda ABŞ və Ukrayna liderləri Donald Tramp ilə Volodimir Zelenskinin Rusiya-Ukrayna münaqişəsinin nizamlanması məsələsi ilə bağlı görüşü keçirilməlidir.

Oxşar xəbərlər

Koşta Trampın mövqeyi barədə: Yalnız Ukrayna öz gələcəyi ilə bağlı danışıqlar apara bilər
Avropa liderləri Vaşinqtona səfər edəcək
Almaniya kansleri Avropa liderləri ilə birlikdə Vaşinqtona səfər edəcək
Aİ Ukraynaya yardım və təhlükəsizlik zəmanəti ilə bağlı məsləhətləşmələrə başlayıb
Tramp: Avropa liderləri Ukraynada nizamlanma üzrə sövdələşmə bağlamağa hazırdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle