Aİ Ukraynaya yardım və təhlükəsizlik zəmanəti ilə bağlı məsləhətləşmələrə başlayıb
sizinxeber.az xəbər saytı

Aİ Ukraynaya yardım və təhlükəsizlik zəmanəti ilə bağlı məsləhətləşmələrə başlayıb


Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta Ukraynaya yardım və təhlükəsizlik zəmanəti ilə bağlı Avropa İttifaqına (Aİ) üzv dövlətlərlə məsləhətləşmələrə başlayıb.

“Report” “İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Brüsseldə Avropa İttifaqının rəsmi nümayəndələrindən biri jurnalistlərə məlumat verib.

"Antoniu Koşta Aİ ölkələrinin liderləri ilə iki mühüm mövzu ətrafında cəmləşən suallara əsaslanan sistematik və strukturlaşdırılmış məsləhətləşmə prosesini başladıb: Ukraynaya dəstək və təhlükəsizlik zəmanətləri", - o bildirib.

Aİ nümayəndəsinin sözlərinə görə, müvafiq mövzu üzrə növbədənkənar Avropa şurasının təşkili istisna edilmir, lakin hazırda Aİ-nin fövqəladə sammitinin keçirilməsi planları yoxdur: "Növbəti addımlar barədə qərar bu məsləhətləşmələr əsasında qəbul ediləcək".

Oxşar xəbərlər

KİV: ABŞ Avropanın Ukraynaya təhlükəsizlik zəmanəti verməsini gözləyir
Aİ diplomatiyasının yeni rəhbəri Ukraynaya qoşun göndərilməsini istisna etməyib
Antonio Koşta: Aİ-nin gələcək üzvü kimi Ukrayna ilə çiyin-çiyinə dayanmağa davam edəcəyik
Aİ Şurasının Prezidenti: Ukraynanın yanında olacağıq
Zelenski: Sülhə nail olmaq üçün təhlükəsizlik zəmanəti lazımdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle