Zelenski Trampla görüşmək üçün ABŞ-dədir - YENİLƏNİB
- 18-08-2025, 07:30
- DÜNYA / Digər ölkələr
- 0
- 662
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-li həmkarı Donald Trampla görüşmək üçün Vaşinqtona gəlib.
"Report" xəbər verir ki, bu barədə V. Zelenski "Telegram" kanalında yazıb.
O hamının eyni dərəcədə müharibəni tez və etibarlı şəkildə bitirmək istədiyini vurğulayıb:
"Necə ki illər əvvəl Ukrayna Krımdan və Şərqimizin bir hissəsindən - Donbasın bir hissəsindən imtina etmək məcburiyyətində qaldı və Putin bundan sadəcə olaraq yeni hücum üçün tramplin kimi istifadə etdi. Yaxud 1994-cü ildə Ukraynaya guya “təhlükəsizlik zəmanəti” verilsə də, bir nəticə olmadı. Təbii ki, o zaman Krımdan imtina etməyə dəyməzdi, necə ki 2022-ci ildən sonra ukraynalılar Kiyev, Odessa, Xarkovdan əl çəkmədilər".
"Ukraynalılar öz torpaqları, müstəqillikləri uğrunda mübarizə aparırlar. İndi Donetsk və Sumi vilayətlərində əsgərlərimiz uğur qazanır. Əminəm ki, biz Ukraynanı qoruyacağıq, onun təhlükəsizliyinə səmərəli təminat verəcəyik və xalqımız dəstək və əvəzsiz köməyə görə Prezident Trampa, Amerikadakı hər kəsə, hər bir tərəfdaşa həmişə minnətdar olacaq. Rusiya özünün başladığı bu müharibəyə son qoymalıdır. Və ümid edirəm ki, bizim Amerika ilə, avropalı dostlarımızla birgə gücümüz Rusiyanı əsl sülh bağlamağa məcbur edəcək. Təşəkkür edirəm!" - deyə Ukraya lideri vurğulayıb.
Qeyd edək ki, görüşə saatlar qalmış Donald Tramp bəyan edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Krımdan imtina etməklə və ölkənin NATO-ya daxil olmaq ideyasından əl çəkməklə Rusiya-Ukrayna münaqişəsini dərhal dayandıra bilər.
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla görüşmək üçün ABŞ-yə uçub.
“Report” xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak "Telegram" kanalında yazıb.
O qeyd edib ki, Ukrayna lideri təyinat yerinə təxminən 6,5 saata çatacaq.


width="220" alt="Zelenski Trampla görüşmək üçün ABŞ-yə yola düşüb" />
width="220" alt="Tramp: Zelenski Krımdan və NATO üzvlüyündən imtina etməklə münaqişəyə son qoya bilər" />
width="220" alt="Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcək" />
width="220" alt="Zelenski: Ukrayna öz ərazilərindən imtina etmək fikrində deyil" />
width="220" alt="Zelenski Trampla görüşə hazırlaşır" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />