"Bloomberg": Zelenski Vaşinqtonda özünü bir daha çıxılmaz vəziyyətdə tapa bilər
- 18-08-2025, 07:00
- DÜNYA / Digər ölkələr
- 0
- 779
Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ lideri Donald Trampla görüşündə əsas məqsədlərinə Alyaska sammiti zamanı Rusiya Prezidenti Vladimir Putinin tələbləri haqqında daha çox məlumat əldə etmək, üçtərəfli görüşün vaxtını müəyyənləşdirmək və ABŞ-ni Rusiyaya qarşı daha sərt sanksiyalara təşviq etmək daxildir.
"Report" xəbər verir ki. bu barədə "Bloomberg" nəşrinin təhlil məqaləsində bildirilib.
Məqalədə Ukrayna Prezidentinin ABŞ-li həmkarı ilə Ağ Evdə baş tutan və gərgin keçən görüşü xatırladılaraq Zelenskinin özünü bir daha çıxılmaz vəziyyətdə tapa biləcəyinə diqqət çəkilib.
"Alyaska sammitindən sonra Tramp Zelenskiyə manevr üçün az yer buraxıb", - deyə vurğulanan təhlildə Ukrayna liderini müşayiət edəcək Avropa ölkələrinin rəhbərlərinin prosesə təsir imkanlarının qısıtlı olduğu bildirilib. Bununla belə, Trampın güclü şəxsi münasibət qurduğu NATO Baş katibi Mark Rutte və Finlandiya Prezidenti Aleksandr Stubbun heyətdə yer almasının müzakirələrin gedişatını müsbət yöndə dəyişdirə biləcəyindən bəhs edilib.
"Ukraynaya qarşı sərt tələblərə baxmayaraq, ABŞ-nin indi bir sövdələşməni dəstəkləməyə hazır olduğuna dair əlamətlər var. Putin ilə görüşündən sonra Tramp Avropa liderlərinə bildirib ki, ABŞ hər hansı təhlükəsizlik zəmanətlərinə töhfə verə bilər və Putin bunu qəbul etməyə hazırdır. Lakin Putinlə hansı növ təhlükəsizlik zəmanətlərinin müzakirə olunduğu və Kreml liderinin nəyi qəbul etməyə hazır olduğu hələ də aydın deyil", - nəşr qeyd edib.
Xatırladaq ki, avqustun 18-də Ukrayna və ABŞ liderləri arasında Vaşinqtonda görüş keçiriləcək. Görüşə Avropa ölkələrinin lderləri də qatılacaq.
Qeyd edək ki, görüşə saatlar qalmış Donald Tramp bəyan edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Krımdan imtina etməklə və ölkənin NATO-ya daxil olmaq ideyasından əl çəkməklə Rusiya-Ukrayna münaqişəsini dərhal dayandıra bilər.


width="220" alt="“Politico”: Finlandiya Prezidenti Tramp-Zelenski görüşünə qatıla bilər" />
width="220" alt="KİV: Tramp-Zelenski görüşündə İtaliyanın baş naziri ilə Finlandiya prezidenti də iştirak edə bilər" />
width="220" alt="Tramp Zelenskiyə və Avropa liderlərinə zəng edib" />
width="220" alt="KİV: NATO sammiti Ukrayna və Zelenskinin vəziyyətini yaxşılaşdırmayacaq" />
width="220" alt="Tramp: Ukrayna üzrə sülh sazişi atəşkəsdən daha yaxşıdır - YENİLƏNİB-2" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />