KİV: Tramp Rusiyaya Alyaskada faydalı qazıntıların çıxarılmasını təklif etməyə hazırlaşır
ABŞ Prezidenti Donald Tramp Ankoricdə keçiriləcək sammit zamanı Rusiya Prezidenti Vladimir Putinə Ukraynada müharibəyə son qoymaq müqabilində Alyaskada nadir faydalı qazıntıların işlənməsini təqdim etməyə hazırlaşır.
“Report” xəbər verir ki, bu barədə “The Daily Telegraph” mənbələrə istinadən yazır.
Nəşrin yazdığına görə, Trampın digər təklifi Rusiyada mülki aviasiya təyyarələrinə xidmət üçün ehtiyat hissələri və avadanlıqların tədarükünə qoyulan qadağanın aradan qaldırılmasını nəzərdə tutur. Qeyd edilir ki, belə bir sövdələşmə Amerikanın “Boeing” konserni üçün çox sərfəli ola bilər.
Təkliflər arasında Putinə hazırda Rusiyanın işğalı altında olan Ukrayna ərazilərində nadir faydalı qazıntılara çıxış imkanı da daxildir.
Qeyd olunur ki, ABŞ-nin maliyyə naziri Skott Bessent atəşkəs sazişinin bağlanmasını sürətləndirmək üçün Rusiya ilə edə biləcəyi iqtisadi kompromisləri öyrənir.
Tramp və Putin arasında görüş avqustun 15-də ABŞ-nin Alyaska ştatının ən böyük şəhərində - Ankoricdə baş tutacaq. Görüşün məqsədi Rusiya-Ukrayna münaqişəsinə son qoymaq imkanlarını müzakirə etməkdir.
Oxşar xəbərlər
Tramp Rusiyaya Alyaskada faydalı qazıntıların işlənməsini təklif etməyə hazırlaşır
KİV: ABŞ maliyyə naziri Kiyevdə faydalı qazıntılar üzrə sazişi müzakirə edəcək
Reuters: Tramp Rusiya və Ukrayna ilə mümkün sammitə açıqdır
Alyaskada danışıqlar uğursuz olacağı halda ABŞ sanksiyalara və ya ikinci dərəcəli rüsumlara əl ata bilər
Tramp: Alyaskada Putinlə konstruktiv görüş olacağını gözləyirəm - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Prezident İlham Əliyevin doğum günüdür
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik












