Yeni Kaledoniyanın müstəqilliyi uğrunda hərəkat Bujival sazişini rədd edib
Yeni Kaledoniyanın müstəqilliyi uğrunda əsas hərəkat - Kanak Sosialist Milli Azadlıq Cəbhəsi iyul ayının əvvəlində hökumət və müstəqillik əleyhdarları ilə imzalanmış Bujival sazişini rədd etdiyini təsdiqləyib.
Bu barədə “Sizinxeber.az” Fransanın “Le Monde” nəşrinə istinadən məlumat verib.
Nəşr qeyd edir ki, bu qərar hərəkatın 9 avqust tarixində keçirilən növbədənkənar qurultayında qəbul edilib.
Bujival sazişi 2025-ci il iyulun 12-də Paris yaxınlığındakı Bujival şəhərində Fransa və Kanaki (Yeni Kaledoniya) siyasi qüvvələri arasında imzalanıb. Sənəddə nəzərdə tutulan yeni siyasi model çərçivəsində ərazi Fransanın tərkibində qalır, lakin "Yeni Kaledoniya dövləti" statusu - xüsusi statusa malik muxtar qurum statusu əldə edir.
Oxşar xəbərlər
Yeni Kaledoniyada müstəqillik tərəfdarları referendumu nəzərdə tutmayan Bujival razılaşmasından imtina edib
Beynəlxalq Dekolonizasiya cəbhəsi Bujival razılaşmasını qəbul etmədi
Beynəlxalq Dekolonizasiya Cəbhəsi Bujival razılaşmasını qəbul etmir
Yeni Kaledoniya nümayəndəsi: “Hələ də Fransa müstəmləkəçiliyinin mənfi nəticələrini yaşayırıq”
Yeni Kaledoniyada Fransa müstəmləkəsi olan ərazilərin ilk konqresi keçirilir - FOTO - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













