Ulf Kristersson: İsveç Ukraynanın ehtiyaclarını ödəmək üçün yardım göstərməyə davam edəcək
sizinxeber.az xəbər saytı

Ulf Kristersson: İsveç Ukraynanın ehtiyaclarını ödəmək üçün yardım göstərməyə davam edəcək


İsveç Avropa İttifaqı (Aİ) ölkələri liderlərinin Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı bəyanatını dəstəkləyir.

“Report” xəbər verir ki, bunu ölkənin baş naziri Ulf Kristersson Ukrayna lideri Vladimir Zelenski ilə telefon danışığından sonra bildirib.

"İsveçin Ukraynanı bütün yollarla, o cümlədən "istəkli ölkələr koalisiyası" vasitəsilə dəstəkləmək üçün tam və sarsılmaz öhdəliyini bir daha təkrarladım. Biz Ukraynanın dünyada beşinci ən böyük dəstəkçisiyik və Ukraynanın ehtiyaclarını ödəmək üçün hərbi, humanitar və maliyyə yardımı göstərməyə davam edəcəyik. İsveç Avropa liderlərinin Ukraynada sülhə dair son bəyanatını tam şəkildə dəstəkləyir", – deyə Kristersson "X" hesabında yazıb.

Xatırladaq ki, Fransa, İtaliya, Böyük Britaniya, Finlandiya, Almaniya və Polşa liderləri və Avropa Komissiyasının rəhbəri birgə bəyanat yayaraq ABŞ Prezidenti Donald Trampı Rusiya ilə yalnız "atəşkəs şəraitində" danışıqlar aparmağa və "Ukraynanın və Avropanın həyati təhlükəsizlik maraqlarını qorumağa" çağırıblar.

Oxşar xəbərlər

Avropa İttifaqı Ukraynaya hərbi və iqtisadi yardımı davam etdirməyə hazırdır
İtaliya, Böyük Britaniya, Almaniya və Fransa liderləri Trampla Ukrayna məsələsini müzakirə ediblər
Şarl Mişel: Avropa İttifaqı Ukraynanın Sülh Formulunu dəstəkləyir
Zelenski: İsveç Ukraynaya yeni müdafiə yardımı paketi ayırıb
İsveç hakimiyyəti ölkəyə qayıdan miqrantlara kompensasiyanı 35 dəfə artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər