FT: Çin ABŞ ilə danışıqlarda HBM çipinə nəzarəti ləğv etməyə çalışır
Çin ABŞ ilə ticarət müqaviləsi danışıqlarında süni intellekt çiplərinin istehsalı üçün vacib komponent sayılan yüksək bant genişliyi yaddaşı (HBM) çiplərinə ixrac nəzarətinin asanlaşdırılmasını tələb edir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Financial Times” (FT) mənbələrə istinadən məlumat yayıb.
Nəşr yazıb ki, ABŞ hökuməti "Nvidia"ya H20 çiplərini Çinə ixrac etmək üçün lisenziya verib. Bununla belə, mənbələri qeyd edirlər ki, Pekin çip ixracına nəzarət (HBM) ilə bağlı daha çox narahatdır, çünki onlar Çin şirkətlərinin, o cümlədən "Huawei"nin öz süni intellekt çiplərini inkişaf etdirmək imkanlarını ciddi şəkildə məhdudlaşdırır.
FT-nin mənbəsinin sözlərinə görə, bu cür texnologiyaya ixrac nəzarəti əvvəlki ABŞ administrasiyası tərəfindən qoyulmuşdu və bunun Çinin süni intellekt çipləri istehsal etmək qabiliyyətini "nəzərəçarpacaq dərəcədə məhdudlaşdıracağı" qənaətinə gəlinmişdi:
"Sözügedən nəzarətlərin yumşaldılması "Huawei" və SMIC-ə hədiyyə olardı. Bu, Çinin ildə milyonlarla süni intellekt çipləri istehsal etməyə başlaması üçün qapıları aça bilər. Buna görə də Çin nəzarətin ləğvini istəyir. Bu, müzakirə mövzusu belə olmamalıdır".
Oxşar xəbərlər
ABŞ “Nvidia”ya çiplərini Çinə ixrac etməyə lisenziya verib
Kaliforniya qubernatoru süni intellektə qarşı çıxıb
Bloomberg: ABŞ çip ixracı normalarını yenidən nəzərdən keçirir
Tramp ABŞ-də süni intellektin inkişafı ilə bağlı sərəncamlar imzalayıb
“Financial Times”: “İranda robotlar fətvaların verilməsinə kömək edə bilər” - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












