Yaponiyada vulkan 3 min metr hündürlüyə kül və tüstü püskürüb
sizinxeber.az xəbər saytı

Yaponiyada vulkan 3 min metr hündürlüyə kül və tüstü püskürüb


Yaponiyanın Kyüşü adasında son dərəcə aktiv olan Şinmoe dağı havaya 3 min metr hündürlüyə kül və tüstü püskürüb.

“Report” xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Yerli hakimiyyət orqanları lava axını təhlükəsi barədə xəbərdarlıq edib. Miyazaki prefekturasının Kobayaşi və Takahara şəhərlərinə və Kaqoşima prefekturasının Kirişima şəhərinə böyük miqdarda vulkan külünün yağacağı gözlənilir.

Kanal əlavə edib ki, Yaponiya Meteoroloji Rəsədxanası püskürmə xəbərdarlığını üçüncü səviyyədə saxlayıb və insanları sayıq olmağa çağırıb.

Qeyd edək ki, 1420 m hündürlüyü olan Şinmoe dağı iyunun sonundan bəri zəlzələlərlə sarsılır. O, 2017-ci ilin oktyabr ayından bəri bir neçə dəfə püskürüb və onun kraterindən kül emissiyaları yerli hava səyahətini dəfələrlə pozub.

Oxşar xəbərlər

Kamçatkada vulkan 6 km hündürlüyə kül püskürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kuril adalarında yerləşən Ebeko vulkanı yenidən püskürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kamçatkada Klyuçevskoy vulkanı 11,5 km hündürlüyə kül püskürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lökbatanda palçıq vulkanı püskürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İndoneziyada Semeru vulkanı sutka ərzində 11 dəfə püskürüb və 4,8 km yüksəkliyə kül atıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər