Fransada naməlum şəxs şəhər merinə bıçaqla hücum edib
sizinxeber.az xəbər saytı

Fransada naməlum şəxs şəhər merinə bıçaqla hücum edib


Fransanın cənub-şərqindəki İzer departamentində yerləşən Vilnöv-de-Mark şəhərinin meri Jil Düsso bıçaqlı hücuma məruz qaldıqdan sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

“Report” xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti yazıb.

Nəşrin məlumatına görə, mer avqustun 6-da günorta saatlarında 28 yaşlı oğlu ilə şəhərdə gəzərkən naməlum şəxs tərəfindən hücuma məruz qalıb. İlkin istintaq məlumatlarına görə, cinayətkar şəhər merinə döş qəfəsindən üç bıçaq zərbəsi vurub.

Şübhəli şəxs daha sonra hadisə yerindən qaçsa da, bir müddət sonra olay məkanına qayıdaraq avtomobillə meri və oğlunu vurmaq istəyib, amma idarəetməni itirərək divara çırpılıb. Hücum edən şəxs maşından düşdükdən sonra merin oğlunu vurub və hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanları hələ də şübhəlinin şəxsiyyətini müəyyən edə bilməyiblər, onun harada olduğu da bilinmir.

Fransa Prezidenti Emmanuel Makron və daxili işlər naziri Bruno Retayo Düssoya hücumu pisləyib.

Oxşar xəbərlər

Çində naməlum şəxs insanlara bıçaqla hücum edib, ölənlər var
Fransada məsciddə qətl törətməkdə şübhəli bilinən şəxs polisə təslim olub
Fransada naməlum şəxslər bir neçə həbsxanaya hücum ediblər
KİV: Əfqanıstanda Hindistan konsulluğunun əməkdaşı hücuma məruz qalıb
İstanbulda naməlum şəxs insanlara hücum edib, iki nəfər ölüb, yeddisi yaralanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər