Fransada məsciddə qətl törətməkdə şübhəli bilinən şəxs polisə təslim olub
Fransanın cənubundakı La-Qran-Komb kommunasında məsciddə bir nəfərin qətlində şübhəli bilinən şəxs İtaliyada hüquq-mühafizə orqanlarına təslim olub.
"Report" xəbər verir ki, bu barədə "France Presse" agentliyi bu işi aparan prokurora istinadən məlumat yayıb.
“Məsciddə bir nəfəri öldürməkdə şübhəli bilinən şəxs İtaliyanın mərkəzindəki polis bölməsində təslim olub”, - məlumatda qeyd edilib.
Daha əvvəl Fransanın daxili işlər naziri Bruno Retayo bildirib ki, şübhəli şəxs bundan əvvəl qatil statusu qazanmaq üçün bir neçə nəfəri öldürmək istədiyini sosial şəbəkədə etiraf edib.
Məlumata görə, qətl aprelin 25-də baş verib. Şübhəli məsciddə həmin şəxsə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb.
Oxşar xəbərlər
Almaniyada Solingen hücumunda şübhəli bilinən şəxs polisə təslim olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Monteneqroda 10 nəfəri öldürməkdə şübhəli bilinən şəxs özünə qəsd edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransada polis kilsədə bıçaqlı kişini güllələyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda bir nəfərin 95 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda 26 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs tutulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













