Ukraynada Azərbaycan qazının tədarük olunduğu qaz kəməri işini bərpa edib
sizinxeber.az xəbər saytı

Ukraynada Azərbaycan qazının tədarük olunduğu qaz kəməri işini bərpa edib


Çərşənbə günü Rusiyanın pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalmış Ukraynanın cənubundakı "Orlovka" qaz kəməri ilə təchizat bərpa edilib.

“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın qaz nəqli şirkəti məlumat yayıb.

"Tədarük əvvəlki qaydada həyata keçirilir. Cümə axşamı Rumıniya ilə sərhəd yaxınlığında yerləşən "Orlovka" vasitəsilə 0,42 milyon kubmetr qazın nəql edilməsi planlaşdırılır", - operatorun nümayəndəsi bildirib.

Xatırladaq ki, Rusiya Ukraynanın cənubunda Odessa vilayətində ABŞ və Azərbaycandan LNG idxalı üçün istifadə olunan qaz kompressor stansiyasına zərbə endirib. "Orlovka" Yunanıstan LNG terminallarını Transbalkan qaz kəməri vasitəsilə Ukrayna qaz anbarları ilə birləşdirən marşrutun bir hissəsidir. Kiyev bu marşrutu son dərəcə vacib adlandırıb, çünki o, Yunanıstan və Türkiyə terminallarından LNG-yə, Azərbaycan və Rumıniya boru kəməri qazına və potensial olaraq Bolqarıstan dəniz qazına çıxış təmin edir.

Keçən ay Ukrayna ilk dəfə olaraq Transbalkan marşrutu ilə Azərbaycan qazının test tədarükünü həyata keçirdi və Azərbaycan enerji şirkəti SOCAR-dan qaz idxalını əhəmiyyətli dərəcədə artırmaq planlarını elan etdi.

Oxşar xəbərlər

Rusiya Azərbaycan qazının Ukraynaya ötürüldüyü stansiyaya zərbə endirib
Azərbaycandan Avropaya indiyə qədər 50 milyard kubmetr qaz nəql edilib
TANAP ilə xarici bazarlara ixrac olunan qazın həcmi açıqlanıb
Bu il Azərbaycan 22 milyon tondan çox neft-kondensat ixrac edib
TAP AG: Sentyabrda planlaşdırılan infrastruktur işləri TAP ilə qazın tədarük həcminə təsir göstərməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər