ABŞ Rusiya neftinin digər ölkələr tərəfindən idxalına nəzarət edəcək
sizinxeber.az xəbər saytı

ABŞ Rusiya neftinin digər ölkələr tərəfindən idxalına nəzarət edəcək


ABŞ Rusiya neftinin ölkələr tərəfindən idxalına nəzarət edəcək və onlara qarşı tədbirlər görəcəyini istisna etmir.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ağ Evin saytında dərc edilən ABŞ lideri Donald Trampın müvafiq sərəncamında deyilir.

ABŞ Prezidentinin sərəncamına əsasına, Ticarət Nazirliyi Dövlət Departamenti, Maliyyə Nazirliyi və digər strukturların yüksək vəzifəli şəxsləri ilə birlikdə Rusiya Federasiyasından birbaşa və ya dolayı yolla neft idxal edən ölkələrə nəzarət edəcək.

Bu məlumatların təhlili əsasında prezident üçün əlavə tariflərin və ya sanksiyaların tətbiqi də daxil olmaqla, mümkün gələcək təsir tədbirləri ilə bağlı tövsiyələri əks etdirən hesabat hazırlanacaq.

Daha əvvəl ABŞ-nin Hindistanı Rusiya neftini idxal etməkdə ittiham edərək bu ölkədən idxal olunan mallara əlavə 25 % rüsum tətbiq etdiyi bildirilmişdi.

Oxşar xəbərlər

ABŞ Hindistandan idxal olunan mallara əlavə 25 % rüsum tətbiq edir
Donald Tramp: "Yeni idxal rüsumları bütün ölkələrə təsir edəcək"
ABŞ Çini 245 % idxal rüsumu tətbiq etməklə təhdid edib
KİV: Aİ və ABŞ idxal olunan mallara 15 % rüsum tətbiq edəcək saziş bağlamağa yaxındır
Rusiya bəzi ölkələrdən idxala 35 faiz rüsum tətbiq edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər