KİV: Aİ və ABŞ idxal olunan mallara 15 % rüsum tətbiq edəcək saziş bağlamağa yaxındır
Avropa İttifaqı və ABŞ idxal olunan mallara 15% rüsum tətbiq edəcək saziş bağlamağa yaxındır.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Financial Times” üç mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, saziş ABŞ Prezidenti Donald Trampın Yaponiya ilə elan etdiyi razılığa bənzəyir və qeyd olunan məbləğdə qarşılıqlı tariflərin tətbiqini nəzərdə tutur.
Nəşr qeyd edir ki, tərəflər bir sıra məhsullara, məsələn, təyyarələrə, tünd spirtli içkilərə və tibbi avadanlıqlara tarif tətbiq etməmək barədə razılığa gələcəklər.
Xatırladaq ki, Tramp bundan əvvəl Aİ-dən gələn polad, alüminium və avtomobillərə mövcud 10 %-lik rüsumlara əlavə olaraq, avqustun 1-dən bütün ixracata 30 %-lik rüsumların tətbiq ediləcəyini açıqlayıb. Buna cavab olaraq, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bu tariflərin transatlantik tədarük zəncirlərini sarsıdacağını açıqlayıb və avqustun 1-nə qədər razılığa gəlməyə çağırıb.
Oxşar xəbərlər
Almaniya kansleri ABŞ-nin "tarif müharibəsinin" Avropaya təsirini açıqlayıb
Tramp Koreya və Yaponiyanın bütün mallarına 25 % rüsum tətbiq edib
KİV: ABŞ aprelin 9-dan Çinə 104 % rüsum tətbiq etməyə başlayacaq
ABŞ avqustun 1-dən Aİ və Meksikadan gələn mallara 30 faiz rüsum tətbiq edəcək
KİV: ABŞ Aİ mallarına rüsum tətbiq etsə, birlik sərt cavab verəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













