Xersonda körpü dağılıb, sakinlər təxliyə olunur
sizinxeber.az xəbər saytı

Xersonda körpü dağılıb, sakinlər təxliyə olunur


Ukraynanın Xerson şəhərinin Korabel mikrorayonunun sakinlərinə təxliyə olunmaq çağırışı edilib.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə "RBK-Ukrayna" dövlət orqanlarına istinadən xəbər verir.

Məlumata görə, Rusiyanın zərbəsi nəticəsində rayonu şəhərin qalan hissəsi ilə birləşdirən körpünün zədələnməsi səbəbindən insanların zəruri ehtiyaclarla təmin edilməsində problemlər var.

"Korabel mikrorayonuna gedən körpünün zədələnməsi səbəbindən yerli sakinləri təxliyə olunmağa təkidlə çağırıram. Düşmənin hava hücumu nəticəsində logistika çətinləşib. Bu səbəbdən ərzaq və digər şeyləri gətirmək hələlik çətin olacaq. Bundan əlavə, qaz kəməri də zədələnib. Korabeldə qalanlar bir müddət qazsız qalmalı olacaqlar. Məhz buna görə də mikrorayon sakinləri Xersonun digər rayonlarına təxliyə olunmalıdırlar. Orada onlar bütün lazımi yardımı, o cümlədən mənzil ala biləcəklər", - Xerson vilayətinin administrasiyasının rəhbəri Aleksandr Prokudin öz "Telegram" kanalında yazıb.

Xerson şəhər hərbi administrasiyasının rəhbəri Yaroslav Şankonun sözlərinə görə, zədələnmiş körpü nəqliyyat əlaqəsini təmin edə bilən yeganə körpüdür. O qeyd edib ki, körpünün özü dağılmayıb, yalnız yol örtüyü zədələnib. "Lakin məhz örtüyün zədələnməsi səbəbindən logistikada bəzi problemlərimiz var, bu ərzaq, dərman təchizatına, təcili tibbi yardımın və ümumiyyətlə bütün digər xidmətlərin çıxışına aiddir. Məhz buna görə də biz (insanların - red.) Korabel mikrorayonundan təxliyə məsələsini nəzərdən keçirmələrində israr edirik", - Şanko izah edib.

Oxşar xəbərlər

Rusiya ordusu Xersonda yaşayış məntəqəsini vurub: ölən və yaralı var
İstanbul ətrafında meşə yanğınlarını 700 canlı qüvvə və 7 təyyarə söndürür
Ukraynanın Berislav şəhərinin atəşə tutulması nəticəsində iki nəfər ölüb
Sumı vilayətindən təxminən 35 min nəfərin təxliyəsi planlaşdırılır
Qırğızıstanda dağ gölündə bəndin uçması səbəbindən 950 nəfər təxliyə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle