Pentaqon rəhbərindən narazılıq artır
Donald Tramp Administrasiyasında Pentaqonun rəhbəri Pit Heqsetə qarşı narazılıqlar artır.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin mənbələri Heqsetin təşkilati idarəetmə təcrübəsinin olmamasının böyük qüsur adlandırıblar. Xüsusilə məxfi məlumatların müzakirə edildiyi "Signal" qrupuna jurnalistin əlavə edilməsi Heqsetin bu vəzifəyə yetərsiz olduğu qənaətini formalaşdırıb.
Həmçinin vurğulanıb ki, Pentaqon rəhbərinin Ukraynaya bir sıra silahların tədarükünü dayandırmaq qərarı barədə Ağ Ev rəhbərinə vaxtında məlumat verilməməsi də ona qarşı narazılığı artırıb.
Daha əvvəl "NBC News" Heqsetə yaxın iki mənbəyə istinadən onun 2026-cı ildə Tennessi ştatının qubernatorluğuna namizədliyini irəli sürmək fikrində olduğunu bildirmişdi. Lakin mənbələr nazirin hələ yekun qərar vermədiyini qeyd etmişdilər.
Oxşar xəbərlər
WSJ: Pentaqon rəhbəri Kiyevə bir sıra silahların tədarükünü dayandırıb
Pentaqon rəhbəri işdən çıxarılacağından ehtiyatlanır
NBC: Pentaqon rəhbəri istefa verə bilər
Pentaqon rəhbəri məxfi məlumatları “Signal”da paylaşıb
Tramp Heqsetin vəzifədən uzaqlaşdırılmasını planlaşdırmır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











