Sakit okeanda sutka ərzində ikinci zəlzələ baş verib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Sakit okeanda sutka ərzində ikinci zəlzələ baş verib - YENİLƏNİB


İyulun 31-də Sakit okeanda Şimali-Kurilsk yaxınlığında sutka ərzində ikinci zəlzələ baş verib.

“Sizinxeber.az”un Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə "Yujno-Saxalinsk" seysmostansiyasının rəhbəri Yelena Semyonova bildirib.

Seysmoloqlar 6,0 maqnitudalı ilk zəlzələni isə Kuril adalarının sahilində qeydə alıblar.

"31 iyul tarixində saat 17.51-də (Moskva vaxtı ilə 9.51) Sakit okeanda 5,1 maqnitudalı zəlzələ qeydə alınıb. Yerli təkanların episentri Şimali-Kurilsk şəhərindən 104 kilometr cənub-şərqdə, zəlzələ ocağı isə 60 kilometr dərinlikdə yerləşib", - agentliyin həmsöhbəti bildirib.

10:07

Kuril adalarının şərqində 6,7 maqnitudalı zəlzələ baş verib.

Bu barədə “Sizinxeber.az” Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.

Zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən (Rusiya) 388 km cənubda yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.

Kamçatkanın şərq sahilində, Petropavlovsk-Kamçatskidən 155 km şərqdə isə 5 maqnitudalı zəlzələ qeydə alınıb.

Xatırladaq ki, iyulun 29-u Kamçatka yaxınlığında 1952-ci ildən bəri ən güclü zəlzələ baş verib. Onun maqnitudası 8,8-ə çatıb. Sunami təhlükəsi elan edilib.

Oxşar xəbərlər

Kuril adalarında 6,7 maqnitudalı zəlzələ qeydə alınıb
Kuril adaları yaxınlığında daha iki zəlzələ qeydə alınıb
Sakit okeanda güclü zəlzələ olub
Myanmada 5,0 maqnitudalı zəlzələ baş verib
Tayvanda 5,2 maqnitudalı zəlzələ qeydə alınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər